"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Bavariya"nın hücumçusu Robert Levandovski ilə bağlı fikirlərini bölüşüb.
Qol.az "Sport Bild"ə istinadən xəbər verir ki, o, polşalı oyunçunun indiyə qədər işlədiyi ən yaxşı futbolçu olduğunu deyib: "Bunu başqası haqqında demək ədalətsizlik olardı. Hər oyunçu Robertin etdiyi kimi irəliləsəydi, futbol tamamilə dəli olardı. O fövqəladədir. Levandovski əsl maşındır. Qol vuran maşın olmaq üçün hər şeyi etdi. Hər vəziyyətdə nə edəcəyini yaxşı bilir. Robert və digər oyunçular sayəsində yaxşı bir məşqçi oldum".
Qeyd edək ki, Levandovski bu mövsüm Bundesliqada 24 matçda iştirak edib, 32 qol vurub və 6 qolun ötürməsini verib.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"