"Milan"ın hücumçusu Zlatan İbrahimoviç "Mançester Yunayted"ə qarşı Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında oynaya biləcək.
Qol.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb. 39 yaşlı oyunçu fevralın 28-də İtaliya çempionatının 24-cü turunda keçirilən "Roma" ilə görüşdə (2:1) zədələndikdən bəri oynamayıb.
Zlatanın "qırmızı şeytanlar"a qarşı cavab oyununa ehtiyatda başlayacağı və ikinci hissədə meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, "Milan" - "Mançester Yunayted" matçı martın 18-i keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Xatırladaq ki, İbrahimoviç bu mövsüm 21 oyuna çıxıb və 16 qol vurub.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında