London derbisini "Arsenal" qazandı

London derbisini "Arsenal" qazandı
DÜNYA FUTBOLU 14 Mart 2021 / 22:35 2263
-  A +

İngiltərə Premyer Liqasında 28-ci turun oyunları davam edir.

Qol.az xəbər verir ki, turun mərkəzi matçı bu günə təsadüf edib. London derbisində "Tottenhem" "Arsenal"ın qonağı olub.

Oyunda hesabı qonaqlar açsa da, "topçular" 2 qol vuraraq əzmkar qələbə qazanıb.

"Arsenal" - "Tottenhem" - 2:1
Qollar:
Lamela, 33 (0:1), Odeqaard, 44 (1:1), Lakazet, 64 (2:1)


Bu nəticədən sonra "Tottenhem" 45 xalla 7-ci, "Arsenal" isə 41 xalla 10-cudur. Turnir cədvəlinə 71 xalla "Mançester Siti" başçılıq edir.

Son xəbərlər