Naqelsmanndan "Barselona" və "Bavariya" açıqlaması

Naqelsmanndan "Barselona" və "Bavariya" açıqlaması
DÜNYA FUTBOLU 13 Mart 2021 / 16:51 2636
-  A +

"Leyptsiq"in baş məşqçisi Yulian Naqelsmann adının "Barselona" və "Bavariya" ilə hallanmasına münasibət bildirib.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı deyib:

"Xəbərlər məni əsəbiləşdirmir və lovğalandırmır. Bunun mənim üçün önəmi yoxdur. Qarşıdakı matçları düşünürəm. "Bavariya" və "Barselona" haqqında danışmaq orada işləyən baş məşqçilərə hörmətsizlikdir. Həmin insanlar uğurlar qazanıblar. Medianın yazdığını başa düşürəm, amma danışmaq düzgün olmaz".


Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner