“Bavariya”nın baş məşqçisi Hans-Diter Flik Almaniya millisini çalışdıracağı ilə bağlı yayılan xəbərləri şərh edib.
Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Bu, çox vacib bir mövzudur. Xüsusilə, Lövün köməkçisi olaraq millidə uzun və müvəffəqiyyətli bir vaxt keçirdim. O, çox gözəl insandır. Tamamilə etibarlı iş görür.
"Bavariya" ilə 2023-cü ilin yayına qədər müqaviləm var. Burada uğurlu olmaq və titul qazanmaq istəyirəm. Gələcəyim barədə düşünməyə vaxt yoxdur".
Qeyd edək ki, Flik 2006-2014-cü illərdə Almaniya millisinin məşqçilər heyətində yer alıb. O, 2019-cu ilin noyabrından Münhen təmsilçisini çalışdırır.
Almaniya millisində itki
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video