ÇL-də həftənin oyunçusu seçildi

ÇL-də həftənin oyunçusu seçildi
DÜNYA FUTBOLU 12 Mart 2021 / 15:32 1101
-  A +

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk 4 cavab matçından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, azarkeşlər arasında aparılan səsverməyə əsasən,  "Borussiya"nın (Dortmund) hücumçusu Erlinq Haaland bu ada layiq görülüb.

Norveçli oyunçu evdə "Sevilya" ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə dubl edib.

Qeyd edək ki, həftənin ən yaxşısı adına digər namizədlər Serjiu Oliveyra ("Portu"), Fabinyo ("Liverpul") və Keylor Navas (PSJ) idi.


Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner