Qattuzonun əvəzinə 4 namizəd

Qattuzonun əvəzinə 4 namizəd
DÜNYA FUTBOLU 12 Mart 2021 / 13:20 2301
-  A +

Mövsümün sonunda “Napoli”dən göndəriləcəyi gözlənilən Cennaro Qattuzonun əvəzinə 4 namizəd var.

Qol.az “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, bunlar Maurisio Sarri, Rafael Benitez, Luçano Spaletti və İvan Yuriçdir. Sarri və Benitez daha əvvəl də Neapol təmsilçisini çalışdırıb.

Klub prezidenti Aurelio De Laurentisin bu 4 mütəxəssislə görüşdükdən sonra qərarını verəcəyi bildirilib. İvan Yuriç hazırda "Verona"nı çalışdırır. Digər 3 məşqçi isə işsizdir.

Qeyd edək ki, “Napoli” hazırda A seriyasında 47 xalla 6-cı pillədə qərarlaşıb və lider “İnter”dən 15 xal geri qalır.

Son xəbərlər