“Real”ın kapıtanı Serxio Ramos “Barselona” ilə bağlı fikirlər səsləndirib.
Qol.az “As” nəşrinə istinadən yazır ki, təcrübəli futbolçu heç vaxt Kataloniya klubuna keçməyəcəyini deyib: “Mənim Laportaya (“Barselona”nın yeni prezidenti – red.) hörmətim var. Amma “Barselona” üçün oynamaram. Nə illik 50 milyon, nə də 70 milyon avro versələr. Həyatda pulun satın almayacağı şeylər də var. Siz eyni zamanda Xavi və Pikeni də “Real”da görə bilmərsiniz”.
Ramos “Barselona”nın ÇL-in 1/8 finalında PSJ-yə məğlubiyyətinə də toxunub: “Barselona”nın məğlubiyyətinə gülmərəm. Çünki eyni şey bir həftə sonra bizim də başımıza gələ bilər”.
O bidirib ki, karyerası ərzində ən güclü rəqibi Xosep Qvardiolanın “Barselona”sı olub: “Pepin həmin o komandası tarixin ən güclü “Barselona”sıdır”.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi