“Mançester Yunayted”in futbolçusu Edinson Kavani mövsümün sonunda komandanı tərk edə bilər.
Qol.az Britaniya mətbuatına istindən xəbər verir ki, bu barədə uruqvaylı hücumçunun atası Luis Kavani açıqlama verib. O, oğlunun özünü İngiltərədə rahat hiss etmədiyini deyib:
“Oğlum özünü İngiltərədə rahat hiss etmir və ailəsinə yaxın olmaq istəyir. Kavani Cənubi Amerikada oynamaq niyyətindədir”.
Futbolçunun adı Argentinanın “Boka Xuniors” klubu ilə hallanır.
Qeyd edək ki, Kavaninin “Mançester Yunayted”lə müqaviləsi yaya qədərdir. 34 yaşlı hücumçu Premyer Liqada bu mövsüm 18 oyunda 6 qol vurub.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi