"PSJ-yə qarşı oyundan sonra yaxşı hisslər keçiririk. Bəli, mübarizədən kənarlaşdırıldıq və buna görə üzüldük. Ancaq "Barselona" cavab matçında PSJ-yə çətin anlar yaratdı. İlk hissədə rəqibdən üstün idik. Daha çoxuna layiq idik. Hesab ən azı 2:1 bizim xeyirimizə olmalı idi. O zaman ikinci hissə fərqli olardı".
Qol.az xəbər verir ki, bu sözləri "Barselona"nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının 1/8 finalında PSJ ilə heç-heçə etdikləri cavab oyunundan (1:1) sonra deyib.
"Rəqib ilk matçda yaxşı oynadı, amma biz bacarmadıq. Onlar dörd, biz bir qol vurduq. Ancaq ikinci görüşdə komandanın əziyyəti qeyd olunmalıdır. Risk etdik, təzyiq göstərdik, üstünlük təşkil etdik və kifayət qədər şans yaratdıq. Bu oyunda öz səviyyəmizi göstərdik və belə də davam etməliyik" - deyə o bildirib.
Kumanın sözlərinə görə, komandasını uğurlu olmadığına görə tənqid etmək səhv olardı: "Bəzən bəxtimiz gətirmirdi və PSJ-nin qapıçısı Keylor Navas meydanda ən yaxşı idi. Şansımız var idi, ancaq bundan istifadə edə bilmədik".
Niderlandlı mütəxəssis "Barselona" fərqli bir yol tutduğunu vurğulayıb: "Çox təəssüf ki, Messi və Ronaldo 1/4 finala çıxa bilmədi. Ancaq Lionelin özü gələcəyi ilə bağlı vəziyyətə qərar verməlidir, buna heç kim kömək etməyəcək. Artıq indi komandanın düzgün istiqamətdə getdiyini görürük. Etdiyimiz dəyişiklikləri və inkişaf edən gənc futbolçu sayını nəzərə alsaq, heç kim bu komandanın gələcəyinə şübhə edə bilməz. Prezidentimiz də daxil olmaqla hamı bizimlə fəxr edə bilər".
Qeyd edək ki, ilk oyunda PSJ-yə 1:4 hesabı ilə uduzan "Barselona" turnirlə vidalaşıb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi