"Mançester Siti" 5 qolla qalib gəldi

"Mançester Siti" 5 qolla qalib gəldi
DÜNYA FUTBOLU 11 Mart 2021 / 00:50 2400
-  A +

İngiltərə Premyer Liqasında 33-cü turun bir oyunu keçirilib.
 
Qol.az xəbər verir ki, lider “Mançester Siti” doğma meydanda “Sauthempton”la qarşılaşıb. 7 qolun qeydə alındığı bu oyunda "şəhərlilər" qalib gəlib - 5:2.
 
Bu qələbə sayəsində xal hesabını 68-ə çatdıran “Mançester Siti” zirvədəki mövqeyini daha da möhkəmləndirib. “Sauthempton” isə 33 xalla 14-cü sırada qərarlaşıb.
 
 
"Mançester Siti" – "Sauthempton" - 5:2
Qollar:
De Breyne, 15, 59. Mahrez, 40, 55. İ.Gündoğan, 45+3 - Uord-Prouz, 25-pen. Adams, 56.

Son xəbərlər