“Yuventus” Çempionlar Liqasının 1/8 finalında növbətim dəfə mübarizəni dayandırmaqla klub tarixində antirekorda imza atıb.
Qol.az-ın xəbərinə görə, Turin təmsilçisi “Portu”nu üstələyə bilməyib (ilk oyun 1:2, cavab görüşü 3:2). Portuqaliyalılar səfərdə vurduqları 2 qol sayəsində 1/4 finala yüksəliblər. “OptaPaolo” statistika səhifəsinin yazdığına görə, “Yuventus” tarixində ilk dəfədir ki, Çempionlar Liqasında dalbadal iki mövsüm 1/8 finalda mübarizəni dayandırır. Ötən il komanda bu mərhələdə “Lion”a (Fransa) uduzmuşdu.
Pirlo istefa verəcəkmi?
Dünənki matçdan sonra keçirilən mətbuat konfransında “Yuventus”un baş məşqçisi Andrea Pirlo deyib: “Bu oyundur və belə şeylər olur. Mənim üçün ÇL-də ilk uğursuzluq olduğundan ikiqat məyusam. Amma bir halda ki, belə duruma düşmüşük, biz məşqlərdə bu mövsüm indiyədək çalışmadığımız aspektlər üzrərində işləməliyik. Çalışacağıq ki, hazırlığımızı yaxşılaşdıraq”.
Mümkün istefası ilə bağlı suala cavabında italiyalı mütəxəssis bildirib: “Mənə bir neçə illik layihə verildiyi üçün buradayam. Ona görə də vəzifəmi itirəcəyimə dair bir narahatlığım yoxdur. Hələlik mart ayıdır və qarşıda çox matçımız var”.
“Yuventus” ÇL-i qazana bilməyəcəkdisə, Ronaldonu niyə alırdı?
Qeyd edək ki, bu uğursuzluqdan sonra “Yuventus”un hücumçusu Kriştiano Ronaldo da diqqət mərkəzinə düşüb. Əvvəla o, “Portu”nun cərimə zərbəsi vurduğu zaman canlı cəddə səhvə yol verib və nəticədə rəqib qol vurub.
İtaliya mediası diqqəti ona yönəldib ki, “Yuventus” 2018-ci ildə Ronaldonu ÇL-i qazanmaq məqsədilə “Real”dan 112 milyon avroya transfer edib. Amma təəccüblüdür ki, onun gəlişindən sonra komanda 2018/2019 mövsümündə 1/4 finalda “Ayaks”a, ötən mövsüm 1/8 finalda “Lion”a, bu dəfə isə yenə də 1/8 finalda “Portu”ya sensasiyalı şəkildə uduzub. Ronaldo özü isə 2006-cı ildən üzə bəri ilk dəfədir ÇL-də dalbadla iki mövsüm 1/4 finala çıxa bilmir. Ona görə də yerli futbol mütəxəssisləri belə sual verir ki, əgər superulduz Ronaldo “Yuventus”a vacib mühüm turnirdə kömək edə bilməyəcəkdisə, ona böyük məbləğdə pul niyə xərclənirdi?
Təəccüblüdür ki, 36 yaşlı hücumçu “Portu” ilə 4 matçın heç birində rəqib qapısına yol tapmayıb. Son 16 ildə portuqaliyalı ilk dəfədir “pley-off”da qol vura bilməyib.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi