"Barselona"nın futbolçusu Lionel Messi gələcəyi ilə bağlı qərar verib.
Qol.az "Daily Mail"ə istinadən xəbər verir ki, argentinalı hücumçu Kataloniya klubunda yeni prezident Joan Laportanın seçilməsindən sonra komandada qalmaq qərarına gəlib. Onun bu qərarı verməsində baş məşqçi Ronald Kumanla münasibətlərinin yaxşı olması da rol oynayıb. Bundan başqa, komandada 18 yaşlı Pedri, Ansu Fati, İlaiks Moriba kimi gənc oyunçuların gündən-günə daha da inkişaf etməsi Messinin razı salan digər faktordur. 33 yaşlı futbolçu gənc oyunçularla növbəti illərdə uğurlar qazanacağına inanır.
Bildirilib ki, 30 iyunadək 266 milyon avro borc ödəməli olan "Barselona"nın ümumi borcu 1.2 milyard avrodur. Klubun bu şərtlər altında Messiyə necə müqavilə təklif edəcəyi maraqlıdır. Bu yay müqaviləsi başa çatacaq kapitanın 39 milyon avro bonus almaq hüququ var. Ancaq o, rəhbərliyin işini asanlaşdırmaq üçün bu məbləğdən imtina etməyə hazırdır.
Olmadı, Əliyar!
Meydana “Meydan” gəlir…
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov