UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun PSJ - "Başakşəhər" matçının rumın hakimləri ilə bağlı qərar verib.
Qol.az qurumun saytına istinadən xəbər verir ki, görüşün 4-cü hakimi Sebastian Koltesku qayda pozuntusuna görə 2020/2021 mövsümünün sonuna qədər işindən kənarlaşdırılıb. O, UEFA hakimlər xidmətinin müəyyən etdiyi şərtlər altında 30 iyun 2021-ci ilə qədər bir təhsil proqramı keçəcək.
Qarşılaşmanın köməkçi hakimi Oktavian Sovreyə töhmət verilib. O, eyni zamanda təhsil kurslarına getməli olacaq. Həmin matçda qırmızı vərəqə alan İstanbul təmsilçisinin köməkçi məşqçisi Pyer Vebo isə qeyri-idman hərəkətlərinə görə bir oyunluq diskvalifikasiya edilib.
Xatırladaq ki, S.Koltesku İstanbul klubunun köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlədib. Bundan əlavə, baş hakim Ovidiu Hatseqan Veboya qırmızı vərəqə göstərib və onu texniki zonadan kənarlaşdırıb. Baş verənlərdən sonra "Başakşəhər" meydanı tərk edərək paltardəyişmə otağına gedib və matç yarımçıq dayandırılb. Növbəti gün qaldığı yerdən davam etdirilən matç PSJ-nin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer
Qattuzonun yeni iş yeri açıqlandı
"Turan Tovuz"dan ayrılan futbolçu "Zirə"də - Yenilənib
"Jirona"da yeni baş məşqçi