Premyer Liqanın tarixinə düşdülər

Premyer Liqanın tarixinə düşdülər
DÜNYA FUTBOLU 8 Mart 2021 / 14:24 1942
-  A +

“Tottenhem”in futbolçuları Harri Keyn və Son Hın Min yeni rekorda imza atıblar.

Qol.az “Opta”ya istinadən xəbər verir ki, onların rekordu Premyer Liqanın 28-ci turunda “Kristal Palas”la görüşdə (4:1) qeydə alınıb.

Matçda dubl edən Keyn qollardan birinin ötürməsini Sondan alıb. Bununla da cütlüyün mövsüm ərzində bir-birinə verdiyi qol ötürməsinin sayı 14-ə çatıb. Bu, Premyer Liqa tarixində rekorddur.

Bundan əvvəl ən yaxşı cütlüyü 1994-1995 mövsümündə”Blekbern”də Alan Şirer və Kris Satton təşkil edib. Onlar həmin mövsüm 13 dəfə bir-birinə məhsuldar ötürmə edib.

Son xəbərlər