"Borussiya"nın qənimi

"Borussiya"nın qənimi
DÜNYA FUTBOLU 7 Mart 2021 / 14:36 1919
-  A +

“Bavariya”nln futbolçusu Robert Levandovski daha bir rekorda imza atıb.

Qol.az “Opta”ya istinadən xəbər verir ki, polşalı hücumçunu rekordu Bundesliqanın son turunda Dortmund “Borussiya”sına qarşı  oyunda qeydə alınıb.

32 yaşlı forvard sabiq komandası ilə görüşdə het-trik edərək indiyədək Dortmund klubuna vurduğu qollarının sayını (14 oyuna)  20-ə çatdırıb.

Bundesliqa tarixində heç bir futbolçu “Borussiya”ya bu qədər qol vurmayıb.

Qeyd edək ki, Levandovski bu mövsüm Bundesliqada 23 oyuna 31 qol vurub, 6 məhsuldar ötürmə edib. O, TOP-5 liqalarının bombardiridir.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı