Bu gün Madrid derbisi var

Bu gün Madrid derbisi var
DÜNYA FUTBOLU 7 Mart 2021 / 10:48 2388
-  A +

İspaniya La Liqasında 26-cı turun oyunları davam edir.

Qol.az xəbər verir ki, bu gün diqqətlər Madridə yönələcək.

Derbidə paytaxt klubları “Atletiko” və “Real” üz-üzə gələcək. "Atletiko"nun "Vanda Metropalitano" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 19:15-də başlayacaq.

Qeyd edək ki, hazırda 24 oyuna 58 xal toplayan “Atletiko” turnir cədvəlinin şəriksiz lideridir. “Barselona” (26 oyun) 56 xalla 2-ci, “Real” (25 oyun) 53 xalla 3-cüdür.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi