"Ümid edirəm ki, "Milan" çempion olacaq"

"Ümid edirəm ki, "Milan" çempion olacaq"
DÜNYA FUTBOLU 4 Mart 2021 / 20:18 2389
-  A +

"Everton"un baş məşqçisi Karlo Ançelotti İtaliya A seriyasındakı çempionluq yarışı haqda fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, 61 yaşlı mütəxəssis "Footbal Italia"ya açıqlamasında sabiq komandası "Milan"ın çempion olacağına ümid etdiyini deyib:

"İnter" yaxşı tempdə gedir. Ancaq ümid edirəm ki, çempion "Milan" olacaq. Qorxuram ki, dostum Antonio Konte bu fikrimlə razılaşmasın".

"İnter" 24 oyuna 56 xalla lider, "Milan" isə 25 oyuna 53 xalla 2-cidir.

Qeyd edək ki, Ançelotti 2001-2009-cu illərdə "Milan"ı çalışdırıb. Komanda onun rəhbərliyi altında 1 dəfə A seriyasının, 2 dəfə isə Çempionlar Liqasının qalibi olub. 

Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner