"Qalatasaray"ın baş məşqçisi Fatih Terim beynəlxalq dərəcəli hakim Cüneyt Çakırı sərt tənqid edib.
Qol.az xəbər verir ki, 67 yaşlı mütəxəssis bu barədə Superliqanın 28-ci turunda "Ankaragücü"nə uduzduqları matçdan (1:2) sonra keçirilən mətbuat konfransında danışıb. Təcrübəli çalışdırıcı həmin görüşdə VAR hakimi funksiyasını icra edən Çakır haqqında deyib:
"Topun futbolçunun əlinə dəyməsi əvvəllər "Beşiktaş"ın futbolçusu Domaqoy Vidada da olmuşdu. Biz penalti tələb edəndə Cüneyt Çakır vəziyyəti o qədər gözəl başa saldı ki, az qala üzr istəyəcəkdik. İndi özü də VAR hakimidir. Amma hər hansı bir fikir bildirmədi.
Ən kritik yerdə qırmızı vərəqə aldıq. Bu vuruşa dirsək deyirsinizsə, çox futbolçu atılmalıdır. Bu cürə oyun oynanılmaz. Rəqib Mustafa Mohammedin dirsəyinə doğru başı ilə vurur. Mohammedə "Fənərbaxça" ilə oyunda son dəqiqədə Caner Erkinin dirsəklə vurmasına baxın. Qırmızı vərəqə var? Yoxdur. Açıqlama olaraq isə şiddət yetərli deyil.
İstədiyiniz kimi təqdim edin, qərar verin. Deməli, Türkiyədə VAR hakimi deyilən bir şey yoxdur. Cüneyt Çakır 2 gün əvvəl qalmaqallı qərar verir, sonra yenidən VAR hakimi olur. Möhtəşəm bir VAR hakimidir!
Qol vursaydıq, qəbul edərdilər, bunu belə bilmirəm. Özümüz özümüzə qol vursaydıq deyirik. "Ankaragücü"nün mübarizəsinə bir söz demirəm. Amma bundan sonra mən də matçlardan sonra hakimlər haqda fikir bildirəcəyəm. Mümkünsə cəza almadan və ağılabatan bir şəkildə. Onsuz da hazır gözləyirlər ki, necə edək, cəzalandıraq. İndi bu cürə nümunələrə 1 oyunluq cəza verildi.
Mohammedin cəzası ilə bağlı gedişatı izləyəcəyik. Deyiləcək o qədər çox şey var ki... Bundan sonra ad və soy ad çəkəcəyəm. Heç sevmədiyim bir işdir".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi