Daha bir Avroliqa matçının yeri dəyişdirildi

Daha bir Avroliqa matçının yeri dəyişdirildi
DÜNYA FUTBOLU 3 Mart 2021 / 17:00 928
-  A +

Avropa Liqasının 1/8 final mərhələsində Norveçin “Molde” və İspaniyanın “Qranada” klubları arasında keçiriləcək cavab matçının yeri dəyişdirilib.
 
Qol.az UEFA-nın mətbuat xidmtəinə istinadən xəbər verir ki, qarşılaşma öncədən nəzərdə tutulduğu kimi Norveçdə yox, Macarıstanda keçiriləcək.

Buna iki ölkə arasında səfərlərə koronavirus pandemiyasına görə qoyulan məhdudiyyətlər səbəb göstərilib.
 
Görüş  martın 18-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Bu komandalar arasındakı ilk oyun isə martın 11-də İspaniyada olacaq.

Son xəbərlər