Neymar "Barselona"ya qarşı oynayacaq?

Neymar "Barselona"ya qarşı oynayacaq?
DÜNYA FUTBOLU 2 Mart 2021 / 14:50 1621
-  A +

PSJ-nin zədəli futbolçusu Neymar Çempionlar Liqasının 1/8 finalında “Barselona” ilə keçiriləcək cavab oyununda da iştirak etməyəcək.

Qol.az “FrencFootballNews”a istinadən xəbər verir ki, hələ də fərdi məşq edən braziliyalı hücumçunun zədəsi tam sağalmayıb.

Fevralın əvvəllərində Fransa kubokunun 1/32 finalında "Kan"la matçda ayaq əzələsindən zədə alan futbolçu artıq bir neçə oyunu, eləcə də “Barselona” ilə “Nou Kamp”da keçirilən ilk matçı (4:1) buraxıb.

Qeyd edək ki, PSJ - "Barselona" görüşü martın 10-da keçiriləcək.
 

Son xəbərlər