Kuman gedir, Arteta gəlir?

Kuman gedir, Arteta gəlir?
DÜNYA FUTBOLU 1 Mart 2021 / 14:00 2815
-  A +

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Barselona”nı çalışdıra bilər.

Qol.az xəbər verir ki, bu barədə “El Barça bir RAC1” məlumat yayıb. Kataloniya klubunun martın 7-də keçiriləcək prezident seçkilərində Xuan Laporta qalib gələrsə, o, baş məşqçi vəzifəsində dəyişiklik edəcək. Laporta Ronald Kumanı istefaya göndərib, onun əvəzinə Artetanı gətirməyi planlaşdırır.

Qeyd edək ki, yanvarın 24-də keçirilməli olan prezident seçkiləri koronavirus pandemiyasının geniş yayılmasına görə martın 7-dək təxirə salınmışdı.


Son xəbərlər