Keçmiş oyunçusu “Qalatasaray”ı FİFA-ya şikayət etdi

Keçmiş oyunçusu “Qalatasaray”ı FİFA-ya şikayət etdi
DÜNYA FUTBOLU 17 Sentyabr 2010 / 12:22 2554
-  A +

Ötən mövsüm “Qalatasaray”la yollarını ayıran Şabani Nonda İstanbul klubundan FİFA-ya şikayət edib. Qol.Az-ın məlumatına görə, həmin mövsümün dövrələrarası fasiləsində müqaviləsin xitam verilərək, komandadan göndərilən Nonda “sarı-qırmızılı” komandanın ona belə rəftarını bağışlamaq fikrində deyil. Ən maraqlı məqam isə dünya futbol qurumunun onun şikayətinə müsbət cavab verməsidir. FİFA-nın çıxardığı qərara görə, indi “Qalatasaray” Nondaya 3,5 milyon avro təzminat ödəmək məcburiyyətindədir.
Qeyd edək ki, 33 yaşlı Nonda, 2007-ci ildə gəldiyi “Qalatasaray”da iki mövsümdən artıq müddət ərzində çıxdığı 61 matçda 23 qol vurmuşdu.


Son xəbərlər
22.12.24  10:16

Daha 5 il "Bayer"də

21.12.24  17:52

Tovuzda heç-heçə