“Səbail” Futbol Akademkiyasının direktoru Mirbağır İsayev klubun rəsmi saytına müsahibə verib.
Qol.az xəbər verir ki, 47 yaşlı mütəxəssis klubun akademiyasında görülən işlərdən bəhs edib, gənc nəsil barədə fikirlərini bölüşüb.
- “Səbail” Futbol Akademiyasının gələcək planları nələrdir?
- Mənim təyinatımdan sonra rəhbərliklə iclasda akademiyadan perspektivli və potensialı olan uşaqları hazırlayıb, A komandamıza yönləndirməyi prioritet olaraq müəyyənləşdirdik. Turnirlərdə nəticə baxımından ancaq U-19 yaş qrupundan gözləntimiz var. Çünki həmin yaş qrupu yerli çempionatda qalib gəldikdə, “UEFA Gənclər Liqası”nda iştirak edə bilər. Digər komandalarla bağlı məqsədimiz isə oyunçu yetişdirməkdir. Həmin komandaların düzgün və operativ iş planını qurmuşuq. Bütün məşqlər videoya çəkilir. Həmin videolara baxılaraq, futbolçular analiz edilir. Bununla da biz bütün futbolçuların müsbət və mənfi cəhətlərini tanıyırıq. “Səbail” təzə yaranan klub olmasına baxmayaraq, məqsədlərimizdən biri də A komandası ilə paralel milli komandalara futbolçu hazırlamaqdır. Gələcək planlarımız bu məqsədlər üzərində qurulub.
- Yeni nəsil oyunçuları necə yetişdirmək lazımdır ki, Azərbaycan futboluna töhfə versin?
- Peşəkar futbolçu olmaq üçün məşqçilərin göstərişi ilə özlərinin yanaşması üst-üstə düşməlidir. Azərbaycanda peşəkar futbolçu olmaq şansı olan gənclər çoxdur. Əsas onları görmək, regionlardan gətirmək lazımdır. Biz Gəncədən, Tovuzdan və s. regionlardan gənc futbolçuları cəlb edərək, hər bir şəraitlə təmin edirik. Futbolçuların savadı da çox önəmlidir. Məşqləri elə qururuq ki, onların təhsilinə maneə yaratmasın. Avropada oynamaq üçün xarici dil bilməkləri vacibdir. Öncə Azərbaycan dilini mükəmməl bilməli, daha sonra rus, ingilis dillərində danışmağı bacarmalıdırlar. Məşqlərdə seçilən futbolçuları isə biz məşqçilər dəyərləndirməliyik.
- Gənc futbolçuların motivasiya olunması üçün hansı addımları atırsınız?
- Akademiyamızın U-14, U-15, U-16 yaş qruplarında yüksək potensialı olan uşaqları yığaraq, qrup yaradıb, özüm onlarla əlavə olaraq çalışıram. Fikrimcə, birinci motivasiya onlar üçün bayrağımızın ucada dalğalanması və himnimizin səslənməsidir. Onların qarşısına əsas komandada oynamaq və legioner olmaq fikirlərini məqsəd qoyuruq. Bunun üçün möhkəm nizam-intizam lazımdır. Bizim akademiyada məşqçilər sadəcə məşq keçmir, bütün bildiklərini öyrədirlər.
- Həm futbolçu, həm də məşqçi kimi uzun müddətdir futbol sahəsindəsiniz. Hansı məşqçidən örnək almısınız?
- 2000-ci ildə aldığım zədəyə görə futbolçu karyeramı bitirdim. 2005-2006-cı illərdə artıq Premyer Liqada “Neftçi”də köməkçi məşqçi idim. O vaxta qədər isə milli komandada U-15 komandasının baş məşqçisi idim. Şəxsi fikrimə görə, bu günə qədər Azərbaycana gələn və birlikdə işlədiyim ən çox təcrübəsi olan mütəxəssis Serpil Hamdi Tüzün olub. Mən çox şeyi ondan öyrənmişəm və hələ də bundan bəhrələnirəm. Onunla birgə işləyərək, futbola uğurlu simalar qatmışıq ki, hazırda karyeralarına yüksək səviyyədə davam edirlər.
- Akademiyadan milliyə gedən futbolçuların olması qürurvericidir. Bu barədə nə düşünürsünüz?
- Rauf Əliyev, Maksim Medvedev, Emin Musafayev, Səlahət Ağayev, Araz Abdullayev, Qara Qarayev, Rahid Əmirquliyev, Elçin Sadıqov və s. kimi Azərbaycan futbolunun önəmli simalarının üzərində əziyyətim olub. Rahid Əmirquliyev və Rauf Əliyev hazırda bizim komandadadır. Fikrimcə, onlar bu gün də milli komandaya namizədlərdir. Potensialı olan futbolçulardan biri də Qara Qarayevdir. Hazırda olduğu kimi, biz də onu yığma komandada kapitan təyin etmişdik. Bu ilin ən yaxşı futbolçusu məhz o seçilib. Bu da göstərir ki, seçimimizdə yanılmamışıq. Azərbaycanda hər zaman potensialı olan futbolçular var, sadəcə onları seçmək və düzgün istiqamət vermək lazımdır.
- Bildiyimiz kimi, pandemiya dövründə futbola bir müddət ara verildi. Gənc futbolçuların formada qalması üçün hansı tədbirləri gördünüz?
- Pandemiya nəinki futbolda, bütün dünyada problemlər yaratdı. Akademiyadan iki futbolçu koronavirusa yoluxmuşdu. Klubun rəhbərliyi və baş məşqçisi ilə məsləhətləşdik ki, futbolçular məşqsiz qalmasın deyə qruplara bölünərək məşqlərə davam edək. Müvafiq yaş qruplarında milliyə namizəd olan futbolçularla məşqlərə davam edirdik. Xəstəliyin davam etməsi futbola böyük zərbə oldu. Oyunlar keçirilmədiyinə görə, məşqlərin effektivliyi azalırdı. Pandemiya səbəbilə planlarımız pozuldu. Əsas sağlamlığımız yerində olsun, yaranmış fasilədə olan boşlıuqları bərpa edəcəyik.
- “Səbail”in akademiyanın yetirməsi Şamil Cəfərovla peşəkar müqavilə imzalaması barədə fikirlərinizi öyrənmək istəyirik...
- Hər kəs öz ailəsinin güzgüsüdür. Şamil çox tərbiyəli, nizam-intizamlı, hər şeyin yerini bilən futbolçudur. O həm də bizim milli komandanın oyunçusudur. “Səbail”in əsas komadası ilə peşəkar müqavilə imzalamasına çox sevindik və uğurlar arzulayırıq! A komadasındadır deyə arxayınlıq yaranmamalı və ona olan etimadı doğrultmalıdır. Şamilin bu uğuru akademiyanın digər futbolçularına stimul olacaq və onlar daha da həvəslənəcəklər.
Bizi sosial şəbəkələrdə də izləyin:
http://instagram.com/qolaz
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı