“Barselona”nın 9 nömrəsi çatmır” - Kuman gileyləndi

 “Barselona”nın 9 nömrəsi çatmır” - Kuman gileyləndi
DÜNYA FUTBOLU 4 Yanvar 2021 / 16:42 3261
-  A +

“Komandamızdakı bütün futbolçulara güvənirəm. Messi və Dembele kimi hücumun dərinliklərinə girən oyunçularımız var”.

Qol.az xəbər verir ki, bu sözləri “Barselona”nın baş məşqçisi Ronald Kuman İspaniya mətbuatına açıqlamasında deyib.

Niderlandlı mütəxəssis komandada mərkəz hücumçusunun olmadığını və bu səbəbdən az qol vurduqlarını bildirib: “Qrizmann və Braytvayt arasında seçim etməliyiksə, Martin daha yaxşı oynayır.

Bununla belə, bizdə 9 nömrə çatışmır. Ancaq bu, heç bir halda Antuanın komandadan göndəriləcəyi anlamına gəlməməlidir. Qarşıda oyunlarımız çoxdur və bütün futbolçular bizə lazımdır.

Hələ mövsümün əvvəlində bir neçə dəfə demişəm ki, bizə daha çox öndə olan, mərkəz hücumçusu lazımdır ki, qollarımızın sayını artıraq, komandada rəqabət artsın”.

Qeyd edək ki, Luis Suares “Atletiko”ya keçəndən bəri “Barselona”nın hücum xəttində zəifləmə müşahidə olunur. Uruqvaylı hücumçunun gedişindən sonra 9 nömrəli formada Martin Braytayt çıxış edir.


Bizi sosial şəbəkələrdə də izləyin:


http://instagram.com/qolaz

T.me/qolaz

https://www.facebook.com/QolAz-195302414790


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə