"Atletiko" yenidən liderliyə yüksəldi

"Atletiko" yenidən liderliyə yüksəldi
DÜNYA FUTBOLU 3 Yanvar 2021 / 21:56 2209
-  A +

İspaniya La Liqasında 17-ci turun oyunları davam edir.

Qol.az xəbər verir ki, bu gün "Atletiko" səfərdə "Alaves"lə qarşılaşıb. Madrid klubu görüşün 90-cı dəqiqəsində Luis Suaresin vurduğu qol sayəsində 2:1 qalib gəlib.

Dieqo Simeonenin komandası bu qələbə ilə xallarını 38-ə çatdıraraq yenidən liderliyə yüksəlib. "Real" 36 xalla 2-cidir.

"Alaves" - "Atletiko" - 1:2
Qollar:
Llorente, 41 (0:1), Felipe, 84-avtoqol (1:1), Suares, 90 (1:2)

Bizi Telegramda da izləyin: t.me/qolaz

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə