"Mançester Siti" "Çelsi"yə qarşı

"Mançester Siti" "Çelsi"yə qarşı
DÜNYA FUTBOLU 3 Yanvar 2021 / 12:18 1648
-  A +

İngiltərə Premyer Liqasında 17-ci turun oyunları davam edir.

Qol.az xəbər verir ki, bu gün daha 3 görüş keçiriləcək.

Turun mərkəzi matçında "Çelsi" əzəli rəqiblərindən olan "Mançester Siti"ni qəbul edəcək. Komandaların hər ikisinin 26 xalı olsa da, "Çelsi" 6-cı, "Siti" isə 8-ci pillədə qərarlaşıb.

Ümumiyyətlə, turnir cədvəlində maraqlı mənzərə yaranıb. Beş komanda - "Çelsi", "Aston Villa", "Mançester Siti", "Sauthempton" və "Vest Hem"in 26 xalı var.

Sabah "Sauthempton"un qonağı olacaq "Liverpul" isə 33 xalla turnir cədvəlinə başçılıq edir.


3 yanvar

İngiltərə Premyer Liqası, 17-ci tur
 
16:00. "Bernli" – "Fulhem"

18:15. "Nyukasl" – "Lester"

20:30. "Çelsi" – "Mançester Siti"
 
4 yanvar
 
00:00. "Sauthempton" – "Liverpul"

Bizi Telegramda da izləyin: t.me/qolaz


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə