Levandovski 1-ci, Ronaldo 5-ci, Messi 10-cu oldu

Levandovski 1-ci, Ronaldo 5-ci, Messi 10-cu oldu
DÜNYA FUTBOLU 1 Yanvar 2021 / 12:11 2270
-  A +

"Marca" nəşri 2020-ci ilin ən yaxşı futbolçularını seçib.

Qol.az xəbər verir ki, "Bavariya"nın hücumçusu Robert Levandovski ötən ilin ən yaxşı oyunçusu adına layiq görülün. Münhen klubunun digər futbolçusu Jozua Kimmix 2-ci, PSJ-nin hücumçusu Kilian Mbappe 3-ü olub.

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo 5-ci, "Barselona"nın kapitanı Lionel Messi isə 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, 32 yaşlı Levandovski ötən mövsüm Çempionlar Liqası, Almaniya Kuboku, Almaniya superkuboku, Bundesliqa, UEFA Superkubokunu qazanıb.

Bizi Telegramda da izləyin: t.me/qolaz


Son xəbərlər