"Qalatasaray"ın futbolçusunun əlində fişəng partladı - Kor ola bilər

"Qalatasaray"ın futbolçusunun əlində fişəng partladı -  Kor ola bilər
DÜNYA FUTBOLU 1 Yanvar 2021 / 11:46 3160
-  A +

"Qalatasaray"ın futbolçusu Omar Elabdellaui Yeni il axşamı xəstəxanalıq olub.

Qol.az "TRT Spor"a istinadən xəbər verir ki, bayramı qeyd edərkən 29 yaşlı müdafiəçinin əlində fişəng partlayıb. Ciddi xəsarət alan norveçli futbolçu xəstəxanaya aparılıb.

Omarın həyati təhlükəsi olmadığı, ancaq hər iki gözündən zədə aldığı bildirilib. Hətta onun görmə qabiliyyətini itirəcəyi təhlükəsiylə üz-üzə qaldığı qeyd olunub.

Bizi Telegramda da izləyin: t.me/qolaz


Son xəbərlər