İsko oynamayacaq

İsko oynamayacaq
DÜNYA FUTBOLU 30 Dekabr 2020 / 18:25 3141
-  A +

"Real"ın futbolçusu İsko La Liqanın 16-cı turunda "Elçe" ilə matçı buraxacaq.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb 28 yaşlı yarımmüdafiəçinin ata olmağa hazırlaşmasıdır. İspan oyunçunun yaxın vaxtlarda övladı dünyaya gəlməlidir.

Qeyd edək ki, İsko bu mövsüm La Liqada 3 matçda meydana çıxıb.

Əlavə edək ki, "Elçe" - "Real" bu gecə keçiriləcək.

Bizi Telegramda da izləyin: t.me/qolaz


Son xəbərlər