Koutinyo uzun müddət oynamayacaq

Koutinyo uzun müddət oynamayacaq
DÜNYA FUTBOLU 30 Dekabr 2020 / 16:14 1778
-  A +

"Barselona"nın zədəli futbolçusu Filippe Koutinyo uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Qol.az xəbər verir ki, klubun rəsmi saytı braziliyalı hücumçunun yaxın günlərdə dizindən əməliyyat olunacağını açıqlayıb. Onun təxminən 4 ay meydana çıxa bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, Koutinyo bu mövsüm La Liqada 11 oyunda 2 qol vurub.

Bizi Telegramda da izləyin: t.me/qolaz

 


Son xəbərlər