"Barselona" doğma meydanda xal itirdi

"Barselona" doğma meydanda xal itirdi
DÜNYA FUTBOLU 30 Dekabr 2020 / 00:30 2692
-  A +

"Barselona" La Liqada növbəti oyuna çıxıb.

Qol.az xəbər verir ki, Kataloniya klubu kapitanı Lionel Messinin oynamadığı 16-cı turda "Eybar"ı qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb.

"Barselona" - "Eybar"  - 1:1
Qollar
: Kike, 57 (0:1), Dembele, 67 (1:1)

Bu nəticədən sonra Kataloniya təmsilçisi 25 xalla 6-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 32 xalla (13 oyun) "Atletiko" başçılıq edir. "Real" 32 xalla (15 oyun) 2-ci, "Real Sosyedad"  26 xalla 3-cüdür.


Son xəbərlər