Antalyada darmadağın

Antalyada darmadağın
DÜNYA FUTBOLU 29 Dekabr 2020 / 22:42 2547
-  A +

Türkiyə Superliqasında 15-ci tur başa çatıb.

Qol.az xəbər verir ki, son oyun günündə 1 görüş keçirilib.

"Antalyaspor" öz meydanında "Hatayspor”u qəbul edib. Qonaqlar səfər matçında 6 cavabsız qolla qalib gəlib. Hataylıların heyətində Aron Salem Bupendza pokerə imza atıb.

Qeyd edək ki, növbəti turun oyunları 2021-ci il yanvarın 2-4-də keçiriləcək.



29 dekabr

Türkiyə Superliqası, 15-ci tur

“Antalyaspor” – “Hatayspor” – 0:6
Qollar:
Bupendza, 8, 17, 21, 45, David, 35, Aydın, 90

Bu nəticədən sonra "Hatayspor" 24 xalla 6-cı, "Antalyaspor" 17 xalla 15-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 29 xalla "Qalatasaray" başçılıq edir.


Son xəbərlər