"Atletiko" "Çelsi" ilə danışıqlara başladı

"Atletiko" "Çelsi" ilə danışıqlara başladı
DÜNYA FUTBOLU 28 Dekabr 2020 / 21:30 1824
-  A +

"Çelsi"nin müdafiəçisi Markos Alonso karyerasını İspaniyada davam etdirə bilər.

Qol.az "The Independent"ə istinadən xəbər verir ki, "Atletiko" 30 yaşlı futbolçu ilə maraqlanır. Madrid təmsilçisinin ispan oyunçunu icarəyə götürməklə bağlı London klubu ilə danışıqlara başladığı bildirilib.

Qeyd edək ki, M.Alonso bu mövsüm Premyer Liqada 3 matçda oynayıb. "Çelsi"nin qışda futbolçu ilə yolları ayıracağı gözlənilir.


Son xəbərlər
16.08.25  14:09

Bellinqem hazırdır

16.08.25  09:15

Messi qayıtdı