"Qalatasaray" Trabzona ciddi itki ilə gedir

"Qalatasaray" Trabzona ciddi itki ilə gedir
DÜNYA FUTBOLU 25 Dekabr 2020 / 17:15 1944
-  A +

"Qalatasaray"ın futbolçusu Mbaye Diaqne heyətdən kənarlaşdırılıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 29 yaşlı hücumçunun ailə üzvlərindən birində koronavirus testinin müsbət çıxmasıdır. Ehtiyat tədbiri kimi seneqallı futbolçu Superliqanın 15-ci turunda "Trabzonspor"la səfər matçına aparılamayacaq.

Əvəzində, uzun müddətdir zədə səbəbindən meydana çıxmayan kolumbiyalı hücumçu Radamel Falkao heyətdə yer alıb.

Qeyd edək ki, "Trabzonspor"la dekabrın 26-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 


Son xəbərlər