PSJ Poçettino ilə müqavilə bağlayır

PSJ Poçettino ilə müqavilə bağlayır
DÜNYA FUTBOLU 25 Dekabr 2020 / 09:50 2197
-  A +

Tomas Tuhellə yollarını ayıran PSJ-nin yeni baş məşqçisi müəyyənləşib.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisini Maurisio Poçettino çalışdıracaq. Tərəflərin razılığa gəldiyi və argentinalı mütəxəssislə 3 illik müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, Poçettino son olaraq “Tottenhem”i çalışdırıb. O, London klubundan 2019-cu ilin noyabrında ayrılıb.

 

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner