"Milan" evdə, "İnter" səfərdə qalib gəldi

"Milan" evdə, "İnter" səfərdə qalib gəldi
DÜNYA FUTBOLU 24 Dekabr 2020 / 01:50 2859
-  A +

İtaliya A Seriyasında 14-cü tura yekun vurulub.
 
Qol.az xəbər verir ki, son oyun günündə 6 görüş keçirilib. Lider "Milan" öz meydanında "Latsio"nu məğlub edib. "Napoli” “Torino”nu qəbul edib və xal itkisi ilə üzləşib.
 
“İnter” “Verona” ilə səfər oyunundan qalib ayrılıb. 

 
 
23 dekabr

İtaliya A Seriyası, 14-cü tur
 
"Verona" – "İnter" - 1:2
Qol:
İliç, 63 – L.Martines, 52. Şkrinyar, 69
 
"Milan" – "Latsio" - 3:2
Qol:
Rebiç, 10. H.Çalhanoğlu, 17-pen. T.Hernandes, 90+2 – L.Alberto, 28. İmmobile, 59

"Roma" – "Kalyari" - 3:2
Qol:
Veretu, 11. Dzeko, 71. Mançini, 77 – J.Pedro, 59, 90-pen.
 
"Udineze" – "Benevento" - 0:2
Qol
: Kaprari, 9. Letisia, 77.
 
"Spetsiya" – "Cenoa" - 1:2
Qol
: Nzola, 10 – Destro, 16. Krişito, 73-pen.
 
"Sampdoriya" – "Sassuolo" - 2:3
Qol:
Kvalyarella, 55. Keyta, 84 – Traore, 2. Kaputo, 56. Berardi, 58.
 
"Napoli" – "Torino" - 1:1
Qol:
İnsinye, 90 – İzzo, 56.

"Bolonya" – "Atalanta" - 2:2
Qol:
Tomiyasu, 73. Paz, 82 – L.Muriel, 22-pen; 23.

Turnir cədvəlinə 34 xalla "Milan" başçılıq edir. "İnter" 33 xalla 2-ci, "Roma" 27 xalla 3-cü, "Sassuolo" 26 xalla 4-cü, "Napoli" 25 xalla 5-ci, "Yuventus" isə 24 xalla 6-cı pillədə qərarlaşıb.

Son xəbərlər