"Barselona"nın yeni transfer hədəfi

"Barselona"nın yeni transfer hədəfi
DÜNYA FUTBOLU 23 Dekabr 2020 / 23:00 3385
-  A +

"Barselona" "Arsenal"ın futbolçusu Şkordan Mustafini heyətinə cəlb etmək istəyir.

Qol.az SPOX-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi alman müdafiəçi ilə qış transfer pəncərəsində müqavilə imzalamağı planlaşdırır. Bildirilib ki, Mustafinin agenti artıq klubun nümayəndələri ilə danışıq aparmaq üçün İspaniyaya gedib. "Barselona"nın 28 yaşlı oyunçunu 6 ay müddətinə icarə götürmək istədiyi vurğulanıb.

Qeyd edək ki, Şkordan bu mövsüm 8 matçda meydana çıxıb.


Son xəbərlər