Messidən dünya rekordu - Peleni geridə qoydu

Messidən dünya rekordu -  Peleni geridə qoydu
DÜNYA FUTBOLU 23 Dekabr 2020 / 10:35 2898
-  A +

“Barselona”nın kapitanı Lioenel Messi daha bir rekorda imza atıb.

Qol.az xəbər verir ki, 33 yaşlı hücumçunun rekordu La Liqanın 15-ci turunda “Valyadolid”lə səfər matçında qeydə alınıb.

Messi 3:0 hesabı ilə qalib gəldikləri oyunda fərqlənməklə Kataloniya klubundakı qol sayını 644-ə çatdırıb. Bununla da o, bir klubda ən çox qol vuran futbolçu adına yiyələnib.

Argentinalı futbolçu əfsanəvi Peleyə məxsus rekordu yeniləyib. Braziliyalı keçmiş hücumçu ölkəsinin “Santos” klubunda 643 qol vurub.

 


 


Son xəbərlər
30.04.26  17:08

Fati satılacaq

topaz banner