"Barselona"nın kapitanı Lionel Messi Braziliya millisinin keçmiş oyunçusu Pelenin bir klub üçün qol rekordunu təkrarlayıb.
Qol.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin "Tvitter" səhifəsi məlumat yayıb. 33 yaşlı hücumçu La Liqanın 14-cü turunda "Valensiya" ilə matçın (2:2) 45+5 dəqiqəsində fərqlənib. Bununla da o, "Barselona"da vurduğu qolları sayını 643-ə çatdırıb.
Bununla da, Messi bir klubda qolların miqdarına görə rekordçu Peleyə çatıb. Pele Braziliyanın "Santos" klubunda bu sayda qol vurub.
Qeyd edək ki, argentinalı futbolçu 2003-cü ildən "Barselona"da oynayır. Pele isə 1956-1974-cü illərdə "Santos"da çıxış edib.
"Qarabağ"a rəqib oldular
Növbəti Bundesliqa matçı təxirə salındı
Serxio Ramos bu dəfə gücünü rinqdə sınadı - Video
"Real"ın məşqçilər heyəti müəyyənləşdi
"Fənərbaxça" ərəblərdən futbolçu almağa hazırlaşır
Hakan Çalhanoğlu sıradan çıxdı
Yarımmüdafiəçi qolları ilə komandasının ən yaxşısı seçildi
"Atalanta" "Roma"nı qabaqladı
"Neftçi" Misir klubu ilə bərabərə qaldı
Alonso "Real"ın yeni baş məşqçisinə nə deyib?
"Napoli" 2 matça baş məşqçisiz çıxacaq
"Qarabağ"ın oyunu bu kanalda yayımlanacaq
"Fənərbaxça"nın 2 futbolçusu eyni kluba keçdi
"Kəpəz" gürcüstanlı futbolçunu transfer etdi