"Şalke"də baş məşqçi dəyişikliyi

"Şalke"də baş məşqçi dəyişikliyi
DÜNYA FUTBOLU 18 Dekabr 2020 / 14:14 1318
-  A +

Almaniyanın “Şalke” klubu baş məşqçisi Manul Baumla yolları ayırıb.

Qol.az “Kicker”ə istinadən xəbər verir ki,  41 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu vəzifədə onu Hub Stevens əvəzləyib.

Hazırda 4 xalla autsayder olan “Şalke” artıq 28 oyundur ki, Bundesliqada qalib gələ bilmir. Komanda sonuncu dəfə yanvarın 17-də Münhenqladbax “Borussiya”sını udub – 2:0.

Qeyd edək ki, Manuel Baum bu ilin sentyabr ayında “Şalke”yə baş məşqçi təyin edilmişdi.

Son xəbərlər