"Barselona" lideri zirvədən saldı

"Barselona" lideri zirvədən saldı
DÜNYA FUTBOLU 17 Dekabr 2020 / 01:58 4788
-  A +

İspaniya La Liqasında 19-cu turun iki oyunu keçirilib.
 
Qol.az xəbər verir ki, bu gün “Barselona” lider “Real Sosyedad”la qarşılaşıb. "Nou Kamp"da keçirilən görüş Kataloniya təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1.
 
Qeyd edək ki, İspaniya superkubokunun oyunlarına görə La Liqanın 19-cu turunun 2 qarşılaşması erkən keçirilib. Superkubok uğrunda “Barselona”, “Real”, “Atletik” və “Real Sosyedad” mübarizə aparacaq.
 


16 dekabr

İspaniya La Liqası, 19-cu tur

"Barselona" – "Real Sosyedad" - 2:1
Qollar
: Alba, 31. De Yonq, 43 – V.Xose, 27

15 dekabr
 
"Real" – "Atletik" 3:1

Qeyd edək ki, hazırda turnir cədvəlinə 11 oyuna 26 xal toplayan "Atletiko" başçılıq edir. "Real Sosyedad" (14 oyun) və "Real" (13 oyun) da eyni xalla 2-ci, 3-cü yerləri bölüşür. "Vilyarreal" 22 xalla 4-cü, "Barselona" 20 xalla 5-cidir.  

Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır