Mesut Özilin agenti Erküt Sögüt futbolçunun qışda “Arsenal”dan ayrılmaq fikrində olmadığını bildirib.
Qol.az xəbər verir ki, o, Britaniya mətbuatına açıqlamasında Özilin bu qış klubunu dəyişəcəyi ilə bağlı yayılan xəbərlərin doğru olmadığını deyib:
“Özilin “Arsenal”da meydana çıxmaması məyusedicidir. Bəli, hamı onun yüksək maaşından danışır. Mən bunun səbəbini bilirəm. Onu heyətinə qatmaq istəyən klub çoxdur, ancaq Mesut “Arsenal”la müqaviləsinə hörmət edir. O, “Arsenal”da oynamaq istəyir. Onun kimi sədaqətli, sözündə dürüst insana indiki zamanda nadir hallarda rast gəlinir”.
Xatırladaq ki, türk əsilli almaniyalı yarımmüdafiəçi bu mövsüm heç bir oyunda iştirak etməyib. Onun “topçular”la müqaviləsi 2021-ci ilin yayına qədərdir.
"Qarabağ"a rəqib oldular
Növbəti Bundesliqa matçı təxirə salındı
Serxio Ramos bu dəfə gücünü rinqdə sınadı - Video
"Real"ın məşqçilər heyəti müəyyənləşdi
"Fənərbaxça" ərəblərdən futbolçu almağa hazırlaşır
Hakan Çalhanoğlu sıradan çıxdı
Yarımmüdafiəçi qolları ilə komandasının ən yaxşısı seçildi
"Atalanta" "Roma"nı qabaqladı
"Neftçi" Misir klubu ilə bərabərə qaldı
Alonso "Real"ın yeni baş məşqçisinə nə deyib?
"Napoli" 2 matça baş məşqçisiz çıxacaq
"Qarabağ"ın oyunu bu kanalda yayımlanacaq
"Fənərbaxça"nın 2 futbolçusu eyni kluba keçdi
"Kəpəz" gürcüstanlı futbolçunu transfer etdi