MLS-də çempion bəlli oldu

MLS-də çempion bəlli oldu
DÜNYA FUTBOLU 13 Dekabr 2020 / 14:29 2260
-  A +

Amerika Birinci Futbol Liqasında (MLS) mövsümün qalibi müəyyənləşib.
 
Qol.az xəbər verir ki, bu,  “Kolumbus Kryu”dur. Komanda pley-offun finalında “Sietl Saunders”ə 3:0 hesabı ilə qalib gələrək çempion olub.
 
Bu, “Kolumbus Kryu”nun tarixində ikinci çempionluğudur. Kolumbus təmsilçisi ilk dəfə 2008-ci ildə 1-ci olmuşdu.

Son xəbərlər