İtaliya B seriyası təmsilçisi "Monza"nın futbolçusu Kevin-Prins Boatenq sabiq komanda yoldaşı olan "Barselona"nın kapitanı Lionel Messiyə "Napoli"yə keçməsini tövsiyə edib.
Qol.az xəbər verir ki, qanalı oyunçu bu barədə ESPN-ə açıqlamasında bildirib. O deyib ki, argentinalı hücumçu dünyasını dəyişən dünya futbolunun əfsanəvi oyunçusu Dieqo Maradonanı xatirəsini yaşatmaq üçün bu addımı atmalıdır:
"Düşünürəm ki, Messi müqaviləsi bitdikdə "Napoli" prezidentinə "Gəlirəm" deməlidir. Pulu deyil, qəlbinin səsini dinləyərək Maradonanın 10 nömrəli formasını qürurlandırmalıdır. Messi bu şəkildə karyerasına əfsanəvi bir nöqtə qoya bilər. O, A seriyasında da çempionluqlar yaşaya bilər".
"Qarabağ"a rəqib oldular
Növbəti Bundesliqa matçı təxirə salındı
Serxio Ramos bu dəfə gücünü rinqdə sınadı - Video
"Real"ın məşqçilər heyəti müəyyənləşdi
"Fənərbaxça" ərəblərdən futbolçu almağa hazırlaşır
Hakan Çalhanoğlu sıradan çıxdı
Yarımmüdafiəçi qolları ilə komandasının ən yaxşısı seçildi
"Atalanta" "Roma"nı qabaqladı
"Neftçi" Misir klubu ilə bərabərə qaldı
Alonso "Real"ın yeni baş məşqçisinə nə deyib?