“Tottenhem”in futbolçusu Dele Alli Avropa Liqasının 6-cı turunun “Antverpen”ə qarşı matçında (2:0) baş məşqçi Joze Mourinyonun qərarından narazı qalıb.
Qol.az xəbər verir ki, ehtiyat oyunçular skamyasında yer alan Alli bütün beş əvəzetməyə baxmayaraq, meydana buraxılmayıb. Sonuncu əvəzetmə 68-ci dəqiqədə gerçəkləşib. Oyunda iştirak etməyəcəyi qətiləşdikdən sonra o, texniki zonanı tərk edərək paltardəyişmə otağı istiqamətinə yollanıb. Bir neçə dəqiqə sonra isə geri qayıdaraq oyunu sonadək izləyib.
Görüşdən sonra keçirilən mətbuat konfransında Joze Mourinyo futbolçunun bu addıma belə münasibət bildirib: “Gəlin, reallıqdan qaçmayaq. Futbolçu görəndə ki, beş əvəzetmə olub və meydana çıxmayacaq, əlbəttə, bundan xoşbəxt olmayacaq. Mən ozüm də onun məmnun qalacağını gözləmirdim”.
Qeyd edək ki, “Tottenhem” 13 xalla qrupu lider kimi başa vurub.
"Qarabağ"a rəqib oldular
Növbəti Bundesliqa matçı təxirə salındı
Serxio Ramos bu dəfə gücünü rinqdə sınadı - Video
"Real"ın məşqçilər heyəti müəyyənləşdi
"Fənərbaxça" ərəblərdən futbolçu almağa hazırlaşır
Hakan Çalhanoğlu sıradan çıxdı
Yarımmüdafiəçi qolları ilə komandasının ən yaxşısı seçildi