Fransa Superkuboku uğrunda PSJ və “Marsel” arasında keçiriləcək matçın yer və tarixi müəyyənləşib.
Qol.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının saytı məlumat yayıb. Qarşılaşmanın yanvarın 13-də Lens şəhərində keçiriləcəyi bildirilib.
Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə Kot-D`İvuarda təşkil edilməli olan görüşün ölkə xaricində oynanılacağı qeyd olunub.
Əlavə edək ki, PSJ 2019/2020 mövsümündə Liqa 1-in və ölkə kubokunun qalib olduğu, "Marsel" isə çempionatda ikinci yeri tutduğu üçün Superkubokda iştirak hüququ qazanıb.
"Qarabağ"a rəqib oldular
Növbəti Bundesliqa matçı təxirə salındı
Serxio Ramos bu dəfə gücünü rinqdə sınadı - Video
"Real"ın məşqçilər heyəti müəyyənləşdi
"Fənərbaxça" ərəblərdən futbolçu almağa hazırlaşır
Hakan Çalhanoğlu sıradan çıxdı
Yarımmüdafiəçi qolları ilə komandasının ən yaxşısı seçildi