Mbappe Messinin rekordunu yenilədi

Mbappe Messinin rekordunu yenilədi
DÜNYA FUTBOLU 10 Dekabr 2020 / 01:15 2935
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Başakşəhər”lə keçirilən oyun PSJ-nin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.
 
Qol.az xəbər verir ki, fransalı futbolçu 5:1 hesabi ilə qalib gəldikləri oyunda dubl etməklə ÇL-də yeni rekord müəyyənləşdirib.
 
O, turnirdə 20 qol vuran ən gənc futbolçu kimi tarixə düşüb. Hazırda 21 yaşı olan Mbappedən əvvəl bu rekord “Barselona”nın hücumçusu Lionel Messiyə məxsus idi. Argentinalı futbolçu ÇL-də 20-ci qolunu vuranda (2010-cu ilin fevralında) 22 yaş 267 günlük idisə, Mbappe bu saya 21 yaş 355 günlüyündə çatıb.

 


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu