Salah "Liverpul"un tarixinə düşdü - Cerrardı keçdi

Salah "Liverpul"un tarixinə düşdü -  Cerrardı keçdi
DÜNYA FUTBOLU 10 Dekabr 2020 / 00:35 2956
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda keçirilən “Midtyulland” - "Liverpul" oyunu (1:1) qonaqların futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub.
 
Qol.az xəbər verir ki, o, bu klubun Çempionlar Liqasındakı ən erkən qolunun müəllifinə çevrilib. Misirli hücumçu buna 55-ci saniyədə fərqlənməklə nail olub.
 
Salah həmçinin, ÇL-də vurduğu qolların sayını 22-yə çatdırıb və “Liverpul”un sözügedən turnirdəki bombardirinə çevrilib. Əvvəlki rekord Stiven Cerrarda məxsus idi – 21 qol.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu