“Milan” İtaliya A Seriyasında son 65 ilin ən yaxşı startına imza atıb.
Qol.az xəbər verir ki, Stefano Piolinin komandası ilk 10 turda 8 qələbə qazanıb.
"Rassonyeri" ötən gecə 10-cu turda “Sampdoriya”nı 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, "qırmızı-qaralar"ın tarixində ən yaxşı start 1954/55 mövsümündə olub. Həmin vaxt Milanın eyniadlı təmsilçisi 10 oyunda 9 qələbə qazanıb.
Bundan başqa, "Milan"ın çempionatdakı məğlubiyyətsizlik seriyası 22-yə çatıb. Komanda sonuncu dəfə martın 8-də “Cenoa”ya uduzub – 1:2.
"Qarabağ"a rəqib oldular
Növbəti Bundesliqa matçı təxirə salındı
Serxio Ramos bu dəfə gücünü rinqdə sınadı - Video
"Real"ın məşqçilər heyəti müəyyənləşdi
"Fənərbaxça" ərəblərdən futbolçu almağa hazırlaşır
Hakan Çalhanoğlu sıradan çıxdı
Yarımmüdafiəçi qolları ilə komandasının ən yaxşısı seçildi